Telefon:

+994508221013

Əlaqə:

Ünvan:

Şamaxı , Meysəri kəndi

Həftəiçi:

09:00 - 18:00

Həftəsonu:

09:00 - 20:00

AZƏRBAYCANDA İLK ALPAKA FERMASINA SƏYAHƏT!

Alpaka zahirən lamaları çox xatırladan Cənubi Amerika heyvanlarıdır. Təxminən 6000 il əvvəl Peru hinduları alpakaları əhliləşdirib, yetişdirməyə başlayıblar. İnk tayfalarının həyatında alpaka mühüm rol oynayıb: onlar bir çox funksiyanı yerinə yetiririblər və hətta sitayişin obyekti də olublar.

Təbiətdə iki növ alpaka mövcuddur: Suri (Suri) və Huacaya (Uakaya). Birincilərin yunu uzundur və hörük şəklindədir, ikincilərin yunu isə yumşaq plüşə oxşayır. Biz məhz belə, plüş ayı balalarına oxşayan alpakaları Şamaxıda fermamızda yetişdiririk.

Alpakalar öz cazibədar zahiri görünüşüylə seçilir: uzun, yumşaq, tiftikli boyunları insanda onları qucaqlamaq istəyini yaradır. Onlar çox yetikdir, dişləmirlər və qonaqlardan məmnuniyyətlə yem qəbul edirlər. Bizim mehriban alpaqamızla ünsiyyət əhval-ruhiyyəni qaldırır və sehrli təəssüratları hədiyyə edir, onları həm böyüklər, həm uşaqlar sevir.

Alpakalar çox yumşaq yuna malikdirlər. Onların yunu qoyun yununun bütün xüsusiyyətlərinə malikdir, amma çəkisi daha yüngüldür. Bundan başqa, o çox möhkəmdir, piyli deyil, buna görə ondan istehval olunan əşyalar uzun müddət çirklənmir. Alpakanın yunu unikaldır – o, qoyunun yunundan üç dəfə daha dözümlü və yeddi dəfə daha istidir, demək olar ki, su keçirmir və hipoallergendir. Dünyada mövcud olan heç bir yun növü öz keyfiyyətlərinə görə alpaka yununa çata bilməz. 

Fermamızı ziyarət edin!

İNDİVİDUAL TUR

Turun müddəti: 45 - 60 dəqiqə

İştirakçıların sayı: maximum 2

Qiymət - 80 AZN

tur sifariş edin

AİLƏVİ TUR

Turun müddəti: 45 - 60 dəqiqə

İştirakçıların sayı: 2-5

Böyüklər üçün - 35 AZN

6-14 yaşlı uşağlar üçün – 15 AZN

tur sifariş edin

QRUP TURU

Turun müddəti: 45 - 60 dəqiqə

İştirakçıların sayı: 6-12

Böyüklər üçün - 25 AZN

6-14 yaşlı uşağlar üçün – 15 AZN

tur sifariş edin

Xəbərlər

Mar 19,2021

FERMAMIZ TEZLİKLƏ AÇILACAQ!

Alpakalarımızı ziyarət etmək üçün fermamızın açılışını səbirsizliklə gözlədiyinizi bilirik. Bu hadisənin ən qısa zamanda baş tutması üçün əlimizdən gələni edirik. Rəsmi açılışımız haqqında məlumat almaq üçün veb saytımızı və sosial şəbəkələrimizdə rəsmi səhifələrimizi izləyin!

daha çox oxu
Mar 19,2021

ALPAKA TERAPIYA

Alpakalar insanların yaxşı hiss etdiyi xüsusi sakitlik aurasını ətrafa yayır. Onlar öz həssas təbiətiylə geniş tanınır. Təəccübləndirici deyil ki, hətta "alpaka terapiya" adlı xüsusi terapiya növü də var.

İlk dəfə terapiya üçün alpakalardan ABŞ-da istifadə etməyə başlayıblar. Oreqon ştatında "Mountain Peaks Therapy Llamas & Alpacas" adlı qeyri-adi terapiya mərkəzi mövcuddur. Qeyri-adiliyinin səbəbi elə adından bilinir – burada lamalar və alpakalar ilə işləyirlər. Alpakaları qocalar evinə, məhdudlaşdırılmış imkanları olan şəxslər üçün xüsusi məktəblərə, reabilitasiya mərkəzlərinə və bir çox başqa yerlərə aparırlar. Beləliklə, onlarla kiçikdən böyüyə kimi hamı əlaqədə ola bilər.

Biz də dünya təcrübəsindən yararlanaraq, Şamaxıda olan fermamızda alpaka terapiyadan istifadə etməyi planlaşdırırıq. Bu sevimli, yumşaq heyvanlar hamının əhvalını qaldıracaq, stres və sıxıntıdan azad edəcək. Əgər siz gündəlik gərginlikdən yorulmusunuzsa, təcili fermamızı ziyarət edin – alpakanı qucaqlayan kimi, pis əhval-ruhiyyəniz və yorğunluğunuz unudulacaq!

Alpakalar cazibədar zahiri görünüşüylə seçilir: onları görən kimi uzun, yumşaq tiftikli boyunlarına sarılmaq istəyəcəksiniz. Onlar çox yetikdirlər, dişləmirlər və qonaqlardan məmnuniyyətlə yem qəbul edirlər. Bizim mehriban alpakalarımızla ünsiyyət əhvalı qaldırır və unudulmaz təəssüratlar bağışlayır, – onları həm böyüklər, həm uşaqlar sevir.

Alpakalar ənənəvi anlamda ev heyvanı deyil, onlar əsl dağ heyvanlarıdır, amma təbiətlərinə görə hər şey ilə çox maraqlanırlar, iy duyğusundan fəal istifadə edirlər, mülayim, sülhsevər xasiyyətə malikdirlər. Bundan başqa onlar bir-biri ilə "qaçdı-tutdu" və başqa oyunları çox məzəli oynayırlar. Onları müşahidə etmək eko-fermanın həm böyük, həm kiçik qonaqlarına həzz verir və onlar alpakalara ilk baxışdan vurulurlar.

İnsanlar alpakaları öpür, alpakalar da onları öpüb, mehribanlıq edir. Uşaqlar heyvanlarla oynayır, böyüklər onları yedirirlər və sığallayır. Bundan əla terapiya ola bilərmi?

daha çox oxu
Mar 19,2021

ALPAKALAR İLƏ YOQA

Rahatlaşdıran hərəkətlər, gözəl landşaft və vaxt keçirə biləcəyiniz inanılmaz dərəcədə sevimli alpakalar. İndi siz yumşaq, tiftikli alpakaların arasında çox güman ki, ən gözəl yoqa növü ilə məşğul ola biləcəksiniz. Biz istəyirik ki, bizim fermamız insanların texnologiyalardan və stresli həyat tərzindən ayrılmaq üçün gedə biləcəyi yer olsun. Burada onlar torpaq ilə, heyvanlarla və bir-biri ilə ünsiyyət qurub, vaxt keçirmək şansını əldə edə bilsinlər. Biz alpakalarla gəzintiləri, alpakalarla piknikləri və alpakalarla meditasiya seanslarını təklif edirik. Adətən alpakalarımız da insanları cazibədar hesab edirlər.

daha çox oxu
Jul 06,2021

Xoş xəbərimiz var!

Əziz dostlar və fermamızın qonaqları, artıq cümə, şənbə və bazar günləri, həmçinin bayram günlərində fermamız saat 09:00-dan 20:00-a qədər sizin üçün açıqdır.

Alpakalarımız sizinlə görüşü səbirsizliklə gözləyir!

daha çox oxu

Fermamıza gedən yol

Şamaxı, Meysəri kəndi

Bizim fermamız Şamaxı rayonunun Meysəri kəndində, Şamaxının əsas magistralında yerləşən "Abqora" restoranından cəmi 1,5 kilometr məsafədə yerləşir. "Abqora" restoranından düz 500 metr keçin və "Meysəri" nişanından sonra sağa dönün. Daha 500 metr keçəndən sonra yolun sol tərəfində fermamızı görəcəksiniz.